Azərbaycanlı jurnalist və diplomat Ənvər Məmmədov dünyasını dəyişib.
Bu barədə məlumatı “Ria Novosti” yayıb.
Qeyd edək ki, Ə.Məmmədov avqustun 15-i 100 yaşını qeyd edib. O, 1923-cü ildə Bakı şəhərində anadan olub.
1959–1960-cı illərdə “Sovinformbüro”nun baş redaktoru və sədrin birinci müavini olan Məmmədov ölümünə qədər “RİA-Novosti” agentliyində redaktor məsləhətçisi olaraq fəaliyyət göstərib./Qafqazinfo