EOC Azad Rəhimovun vəfatı ilə əlaqadar başsağlığı verdibackend

Avropa Olimpiya Komitəsi (EOC) Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

“Yeni Gündəm” xəbər verir ki, qurumun rəsmi saytında yerləşdirilmiş başsağlığı mətnində 57 yaşında dünyasını dəyişən Rəhimovun Bakı-2015 I Avropa Oyunlarının əsas fiquru olduğu bildirilib.

EOC nazirin ailəsinə və Azərbaycan Milli Olimpiya Komitəsinə başsağlığı verib.

Bununla yanaşı, Yunanıstan Olimpiya Komitəsi (HOC) də başsağlığı mətni yayımlayıb. HOC prezidenti Spiros Kapralos A.Rəhimovun vəfatından böyük üzüntü keçirdiyini söyləyib.

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da dünyasını dəyişib. O, ötən gün II Fəxri Xiyabanda dəfn olunub