Epidemiya və Ukrayna böhranı Almaniyaya 600 milyard avroya başa gəlibbackend
Almaniya İqtisadiyyat İnstitutu Rusiya-Ukrayna münaqişəsinin dəyərini 175 milyard avro olaraq hesablayıb. Epidemiyanın 3 ildə vurduğu xərc 425 milyard avro təşkil edir.
“Yeni Gundem” xəbər verir ki, üçüncü ilinə çatan koronovirus epidemiyası ilə Rusiyanın Ukraynaya hücumunun Almaniyaya iqtisadi ziyanı çox böyük oldu. Kölndəki Alman İqtisadiyyat İnstitutu 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsinin iqtisadi itkisini 175 milyard avro olaraq hesablayıb. Bu, adambaşına 2 min avro gəlir itkisinə uyğundur. Eyni institutun əvvəlki hesablamalarına görə, koronovirusun vurduğu üç illik iqtisadi itki 425 milyard avro civarındadır. Bu halda Ukraynadakı müharibənin və koronovirusun ölkə iqtisadiyyatına vurduğu ziyan 600 milyard avroya çatır. Bu, adambaşına cəmi 7 min avro gəlir itkisi deməkdir.