“Ər mövzusunda onunla zarafatlaşmışdım”backend

Bir neçə həftədir Türkiyənin pop ulduzu Hadisəyə davamlı olaraq söz atan müğənni Demet Akalın növbəti dəfə həmkarı barədə açıqlama verib.

“Yeni Gundem” xəbər verir ki, o, dünən KİV nümayəndələrinin suallarını cavablandırarkən Hadisə ilə zarafat etdiyini bildirib:

“Ər mövzusunda onunla zarafatlaşmışdım. Amma Hadisə cavab olaraq sadəcə “subaylıq sultanlıqdır” desəydi, məsələ bağlanacaqdı. Demək ki, zarafat anlayışımız fərqlidir”.

Qeyd edək ki, söz-söhbətə səbəb Hadisənin Harbiye açıq hava teatrında çıxışı zamanı “məkanın sahibi yeri qayıtdı” deməsidir.

Demet bundan sonra “Hadisə hər yerin sahibi olsun. Əri yoxdur, evdə tək yatır” deyə bildirmişdi.