Ərdoğan ABŞ-yə gedirbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün ABŞ-yə gedir.

Bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, Ərdoğan sammitdə birgə iclaslarda üzv ölkələrin dövlət və hökumət başçıları ilə görüşəcək, eləcə də, ikitərəfli görüşlər də keçirəcək.

Prezident Ərdoğan çərşənbə günü 32 üzvlü alyansın dövlət və hökumət başçılarının toplantısına qatılacaq.

Həmin gün axşam saatlarında liderlər və onların həyat yoldaşları ABŞ prezidenti Co Baydenin Ağ Evdə verdiyi şam yeməyində bir araya gələcək.

Liderlər cümə axşamı NATO-Ukrayna Şurasının iclası üçün eyni masa ətrafında toplaşacaqlar.

Prezident Vaşinqtonu tərk etməzdən əvvəl mətbuat konfransı keçirəcək.

NATO-nun builki sammitində alyans üzvləri təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Üzv dövlətlər dünyanın Soyuq Müharibədən bəri ən böyük təhlükəsizlik problemlərindən keçdiyi bu dövrdə müdafiə tədbirlərini müzakirə edəcəklər./Trend