AVRO-2020-nin Türkiyə-Uels matçını Azərbaycanda izləyəcəyəm.
“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə-Uels matçını Azərbaycan Prezidenti İlham Əliyevlə birgə izləyəcək.
“Proqramımızı belə tərtib etdik”, – deyə Türkiyə dövlət başçısı qeyd edib.
Xatırladaq ki, futbol üzrə Türkiyə və Uels yığmalarının matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.