“Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir” – İlham Əliyevbackend

“Bu gün əziz qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Dünyanın bir çox ölkəsində Türkiyə haqqı-ədalət qoruyur, müdafiə edir. Məzlum xalqların mənafelərini müdafiə edir və ədaləti, beynəlxalq hüququ bərpa edir. Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir – müstəqillik, mərdlik, cəsarət örnəyidir və inkişaf örnəyidir”, – dövlət başçısı qeyd edib.