Ərdoğanın qərargahı boşaldılır – TƏCİLİbackend

AKP-nin qərargahı bomba təhlükəsi səbəbindən boşaldılır.

“Yeni Gundem” “BBC Türkçe”-yə istinadla xəbər verir ki, qərargahdakı jurnalistlərin binanı tərk etməsi istənilib.

“BBC Türkçe”-yə danışan təhlükəsizlik rəsmisi bütün binada axtarış aparıldıqdan sonra yenidən girişə icazə veriləcəyini bildirib.

Axtarış itləri binaya daxil olub. Ancaq bəzi mərtəbələrdə hələ də insanlar var.