Ailə həyatı qurduqdan sonra sosial şəbəkədən yoxa çıxan müğənni Mina Hüseyn yenidən üzə çıxıb.
“Yeni Gündəm” xəbər verir ki, sənətçi həyat yoldaşı ilə birgə çəkilmiş fotosunu “İnstagram” hesabında yayımlayıb.
M.Hüseyn yayımladığı şəkildə həyat yoldaşının üzünü gizlədib.
Xatırladaq ki, o, martın 30-da nikahından foto paylaşaraq, “Nikahımız” qısa şərhi ilə ərə getdiyini təsdiqləmişdi. Bundan sonra müğənni sosial şəbəkə səhifəsində bütün fotolarını silmişdi.