“Ərim mənə bunları etməyi qadağan edib” – VİDEObackend

“Həyat yoldaşım səhər saat 09:00-da işə gedir, axşam isə saat 21:00-da evə qayıdır. Mən də gözəllik salonuna gedib bəzənirəm, axşam da toya gedirəm. Məclis bitəndən sonra isə evə gəlirəm. Əslində, elə bizim yola getməyimiz bir-birimizi gecə-gecə görməyimizdir”.

“Yeni Gundem” bizim.media-ya istinadən bildirir ki, bu sözləri ötən ilin dekabrında vəkil Ramil Vəliyevlə ailə quran müğənni Aysun İsmayılova qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.

Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) “Həyat yoldaşın sənə hansısa qadağaları qoyub?” sualına Aysunun cavabı belə olub:

“Son zamanlar geyimimə çox diqqət edirəm. Rəqs etməyi çox sevirəm, amma həyat yoldaşım buna icazə vermir. Yenicə ailə quranda həyat yoldaşıma deyirdim ki, olar, qızlarla gedim görüşüm? Lakin o mənə icazə vermirdi. Amma indi deyir ki, get görüş”.

Bir müddət evliliyini gizli saxlayan A.İsmayılova bildirib ki, vəkil Ramil Vəliyevlə nikaha yanvarın 24-də girib:

“Anam, Rəqsanə xanım açıqlamışdı ki, dekabr ayında qızım Aysunu ikinci dəfə ərə verirəm. Elə o, dediyi tarixdə də məni ərə verdi. Biz ailəmizi qurduq və aramızda İmam nikahı kəsildi. Biz toy etmək istəmirdik. Mən xanımlarla məclis keçirmək istəyirdim. Yəni “qadın toyu”… Deyirdim ki, nikah quracağım tarix “zerkalnı” olsun. Yəni 24.01.2024 istəyirdim. Bir ay sonra mənim Səadət Sarayında həyat yoldaşımla nikahım oldu. Hər kəs elə bilir ki, biz yanvarın 24-də evlənmişik, amma belə deyil. Biz yanvarın 24-də nikaha daxil olduq. Mən həmin gün paylaşım etmədim. Gözlədim ki, nikaha girməyimi fevralın 14-də Sevgililər günündə edim. Elə o gün də nikaha girdiyimi açıqlayıb, sosial şəbəkə hesabımda paylaşdım. Ailə qurandan sonra xasiyyətim çox dəyişilib”.