Erkən nikahlara yox deyək! – Quba-Xaçmaz Regional Təhsil İdarəsibackend
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərləri ilə erkən nikah hallarının qarşısının alınması mövzusunda müzakirələr təşkil olunub.
“7Times.az” xəbər verir ki,görüşlər zamanı bu sahədə təhsil müəssisələrində maarifləndirmə işinin gücləndirilməsi, valideynlərlə və müvafiq dövlət orqanları ilə qarşılıqlı işin təşkili ilə bağlı tapşırıqlar verilmişdir.
Müzakirələrdə iştirak edənlər mövzu ilə bağlı fikirlərini bölüşərək təhsil işçilərinin bu istiqamətdə fəaliyyətinin əhəmiyyətini və təhsilalanların maarifləndirilməsinin vacibliyini qeyd edib.