Erməni silahlı dəstələri Füzuli istiqamətində mövqelərimizi atəşə tutubbackend

Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə “Yeni Gundem”-ə Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb