“Uşaq Avroviziyası-2021” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Ermənistan təmsilçisi Malena yarışma sonrası təmsilçimiz Sona Əzizova ilə qucaqlaşmasından danışıb.
“Yeni Gündəm” “Armenpress” nəşrinə istinadən xəbər verir ki, o, daha əvvəl Sona ilə danışmadığını, ünsiyyət qurmadıqlarını deyib.
Malena bildirib ki, Sonaya pis münasibət bəsləmir, çünki o da onun kimi bir qızdır.
Qeyd edək ki, dekabrın 19-da Parisdə keçirilən “Uşaq Avroviziyası-2021”in qalibi Ermənistan təmsilçisi Malena olub. O, 224 xalla birinci pillədə qərarlaşıb. Azərbaycan təmsilçisi Sona Əzizova isə 151 xalla 5-ci yeri tutub.