Ermənilər Azərbaycandakı alban kilsələrində ilahi ayinlər yerinə yetirməyiblər.
“Yeni Gundem” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Qafqaz Albaniyası: dini və sosial həyat” adlı X Beynəlxalq konfransda deyib.
“Məlumdur ki, 1836-cı ildə Alban Katolikosluğu ləğv edildikdən sonra Azərbaycandakı alban kilsələri Erməni Qriqorian Kilsəsinin nəzarətinə keçsə də, ermənilər bu kilsələrdə ibadət etmirdilər. Hələ sovet dövründə də bu tarixi abidələr Azərbaycan xalqının irsi kimi qorunurdu, orada heç vaxt dini mərasimlər keçirilmir, xalqımız tərəfindən qorunurdu. Ermənilər yalnız Azərbaycan ərazilərini işğal etdikdən sonra alban kilsələrini qriqorianlaşdırmış, kilsələrin daxili və xarici görünüşlərində dəyişikliklər etmişlər. Bunu isə Qarabağı tutandan sonra bu torpaqlarda daimi məskunlaşmaq məqsədi ilə etdilər”,- deyə o qeyd edib.
Fərahim Rəhimov