Ermənistan alman mallarını alır və sanksiyalardan yan keçərək Rusiyaya satır.
“Yeni Gundem” xəbər verir ki, Rusiya Federasiyasına qonşu olan ölkələr getdikcə daha çox alman malları alır və yəqin ki, Qərbin sanksiyalarından yan keçərək, onları Moskvaya satırlar.
2022-ci ildə Ermənistan Rusiya müştərilərinə 460 milyon dollar dəyərində elektron avadanlıq tədarük edib.
Avadanlıqların satışı 14 milyon dollardan 158 milyon dollara yüksəlib. Ötən ilin dekabrda alman şirkətlərinin Ermənistan biznesindən əldə etdiyi ixrac gəlirləri 2018-2020-ci illərin orta göstəricisindən 287% çox olub.