Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarırbackend
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır.
Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, Rusiya, Aİ və ABŞ Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin qarantı olmağa hazırdırlar: “Lakin bunun üçün ən güclü mexanizmi seçmək lazımdır. Tərəflərdən birinin təminatçı olması yaxşıdır, amma bunun kim olacağı barədə düşünməliyik”.
A.Simonyan deyib ki, üçüncü tərəf sülh müqaviləsinin qarantı olmalıdır.