Ermənistan parlamentinin sədri sürüşüb xəstəxanalıq oldubackend

Ermənistan parlamentinin sədri Alen Simonyan yıxılaraq dirsəyini zədələyib.

Bunu ölkə parlamentinin mətbuat katibi Sovinar Xaçatryan “Facebook”da yazıb.

Xaçatryanın sözlərinə görə, parlament sədri xəstəxanaya yerləşdirilib.

“O, sadəcə sürüşüb və dirsəyini zədələyib, hazırda həkimlərin nəzarəti altındadır”, – mətbuat katibi qeyd edib.

Oxu.az