Ermənistan silahlı bölmələri Laçında ekskavatoru atəşə tutdubackend

Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub.

Bu barədə “Yeni Gundem”-ə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

MN: Ermənistan silahlı qüvvələri Laçında ekskavatorumuzu atəşə tutub - FOTO