“Ermənistan sülh prossesində maraqlı deyil” – Deputatbackend

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutaraq növbəti dəfə təxribat törətməsi, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdamasının növbəti göstəricisidir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı apardığı bu cür təxribatlar Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozmaqla yanaşı, regionda sülhü və təhlükəsizliyi də ciddi şəkildə təhdid altına qoyur.

“Erməni təxribatlarının davam etməsi bir daha göstərir ki, Ermənistan sülh prossesində maraqlı deyil və işğalçılıq niyyətindən əl çəkməyib.Təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçularına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah dövlətimizi və dövlətçiliyimiz qorusun. Vətən sağ olsun”,deyə Millət vəkili qeyd edib.

Fərahim Rəhimov