“Ermənistan təxribatlardan əl çəkməzsə hərbi əməliyyatlar qaçılmaz olacaq”-Deputatbackend

“Beynəlxalq təşkilatlarda bütün cəhdləri boşa çıxan Ermənistan Azərbaycanla sərhəddə təxribatları intensivləşdirmişdir. Bu, ərazilərimizə diversiya qrupların göndərilməsinə cəhd olunması və şərti sərhəddə yerləşən müvqelərimizi mütəmadi atəşə tutmaqla müşahidə olunur”.

Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Azər Badamov bildirib.

Millət vəkili açıqlayıb ki, Azərbaycan ordusu Ermənistanın təxribata bütün cəhdlərinin qarşısı alır və çox ciddi cavabı verməklə yerində otuzdurur.

“Ermənistan təxribatları artırmaqla beynəlxalq ictimaiyyətin diqqətini yenidən regiona cəlb etmək istəyir. Ermənistanın bu cəhdləri çox məntiqisizdir. Çünki, Azərbaycan Ermənistanın təxribatlarına hər gün cavab verməklə kifayətlənməyəcək. 2020-ci ilin sentyabrında 44 günlük Vətən müharibəsinin başlanmasının əsasında da Ermənistanın təxribatları intensivləşdirməsi dayanırdı. Belə ki, 30 il Ermənistanla münaqişəni sülh yolu ilə tənzimlənməsinə səbrlə yanaşan Azərbaycanı müharibə yə məcbur etdilər. Nəticədə 44 gündə Ermənistan ordusunu daramadağın edərək torpaqlar işğaldan azad edildi. İndi Ermənistan Azərbaycanı yenidən hərbi əməliyyatların keçirilməsinə təhrik edir. Əgər Ermənistan təxribatlardan əl çəkməzsə hərbi əməliyyatlar qaçılmaz olacaqdır və Qarabağı qeyri-qanuni silahlılardan təmizləyərək sərhədlərimiz daha da möhkəmləndirəcəkdir”,-deyə o, qeyd edib.

Fərahim Rəhimov

“Yeni Gundem”