Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün addımlar atmaqda maraqlı deyil.
“Yeni Gundem” xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyasından TurkicWorld bildirib.
Administrasiya qeyd edib ki, “Ermənistan hakimiyyəti, təəssüf ki, 1915-ci il qondarma hadisələrlə bağlı erməni diasporunun diktəsi olmadan müstəqil hərəkət edə bilməz”: “Böyük problem odur ki, Ermənistan və erməni diasporu hələ də sübut olunmamış məsələlərə əsaslanır. Bu, cəmiyyətin müasir və mədəni dünyaya inteqrasiyasına ciddi maneədir”.
Bundan başqa, prezident administrasiyası Türkiyənin bütün dövrlərdə ədaləti dəstəklədiyi üçün tarixindən utanmadığını bildirib.