Şübhə yoxdur ki, Azərbaycan Ordusu Xankəndi-Xəlfəli-Turşsu yolunda əsas strateji yüksəkliklərdə nəzarəti üzərinə götürüb. Bu isə o deməkdir ki, Ermənistan və Kremlin Azərbaycanla razılaşmaqdan başqa yolu yoxdur.
Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Politoloq Samir Hümbətov deyib.
Politoloq S.Hümbətov bildirdi ki, Azərbaycan Ordusunun yeni yüksəkliklər əldə etməsi danışıqlar prossesinə ciddi təsir göstərəcək.
“Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri strateji mövqeləri nəzarətə götürdükdən sonra Rusiyadan təhdid dolu açıqlama gəldi. Bunun heç bir hüququ, siyasi və hərbi əsası yoxdur.
Azərbaycan onsuzda yeni yoluna davam edir. Öz ərazilərində nəzarəti bərpa etməyi həyata keçirir.
İndiki məqamda danışıqlar prossesi gedir. 4 aya yaxındır ki, Şuşa-Xankəndi yolunda eko-fəallarının keçirdiyi dinc etiraz aksiyası Azərbaycanın əlini gücləndirən məsələdir. Hər halda bu gün ki, yeni ərazilərə nəzarət etməyimizin üstünlükləri çoxdur. Danışıqlara təsir edəcək. Ermənilər qaçaq yolla silah-sursat daşınmasını həyata keçirə bilməyəcəklər.
Bunun fonunda yeni reallıq yaranır. O da Azərbaycanın qoyduğu tələblərin yerinə yetirilməsidir. Bakının tələbləri haqlıdır.
İndiki məqamda Azərbaycan Ordusunun yeni yüksəkliklər əldə etməsi danışıqlar prossesinə ciddi təsir göstərəcək” -deyə o qeyd edib.
Fərahim Rəhimov