Ermənistanın sərhəddə təxribat törətməkdə məqsədi nədir? – AÇIQLAMAbackend

Ermənistan təxribatlarına Azərbaycan Ordusu kifayət qədər, sərt, onların başa düşəcəyi dildə cavab verdi. Ermənistan tərəfinin təxribatlar törətməkdə hədəfləri var idi.Onlara nail olmaq istəyirdi.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Politoloq Anar Əliyev bildirib.

O eyni zamanda Ermənistan tərəfinin təxribatlar törətməkdə hədəflərinidə açıqlayıb.

“31 avqustda keçirilən üçtərəfli görüşdə Ermənistan üzərinə kifayət qədər öhdəliklər götürmüşdü.Bunların yerinə yetirilməsindən ötrü vaxt məhdudiyyəti qoyulub.

Ermənistan razılaşmalardan yayınmaq üçün yeni təxribatlar törətdi. Onlar Bu təxribatları törətməklə yeni hərbi-siyasi şərait formalaşdırmaq niyyətində idilər. Eyni zamanda onların  digər hədəfləridə var idi .

ATƏT – in Minsk qrupunun amerikalı həmsədrinin bölgəyə səfəri müddətində belə bir təxribat formalaşdırmaqla həmin güclər öz maraqları daxilində yeni şərait yaratmaq istəyirdilər. Azərbaycan təkidlə ATƏT – in Minsk qrupunun öldüyünü, münaqişənin bitdiyini dediyi vaxtda ABŞ, Fransa kimi Ermənistanın müttəfiqləri ATƏT – in Minsk qrupunun fəaliyyətinə ehtiyac olduğunu göstərmək üçün,  Ermənistan – Azərbaycan sərhədində münaqişə vəziyyəti yaradırlar.

Onlar bunlara nail olmaqda niyyətlidirlər.

Fərahim RƏHİMOV

Yenigundem.az