“Fənərbaxça”nın baş məşqçi postundan istefa verdiyi deyilən Ersun Yanal bu xəbərləri təkzib edib.
“Yeni Gündəm” xəbər verir ki, “Qalatasaray”a 1:3 hesablı məğlubiyyətdən sonra o, çempionatın sonuna qədər mübarizə aparacaqlarını bildirib:
“İstefa xəbərləri yalandır. Vəzifəmdəyəm və çempionatın sonuna qədər mübarizə aparacağıq”.