“Müdafiə Nazirliyindən daxil olan müraciət əsasında birgə məlumat yayımlanıb”, – deyə açıqlamada bildirilir.
Öz növbəsində Elm və Təhsil Nazirliyinin Mətbuat Xidməti də məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq belə bir məsələnin gündəmdə olmadığını vurğulayıb.
“Belə bir məsələ aktual deyil. Hərbi hissədə əsgərlər gün ərzində birlikdə yaşayırlar, yeyirlər və s. Ona görə də onlar müəyyən qədər qapalı şəraitdə sayılırlar. Tələbə və şagirdlərlə isə bu, belə deyil. Onlar dərsdən çıxıb yenə də evə gedirlər. Qapalı məkanda qalmırlar”, – deyə açıqlamada bildirilir.
Qeyd edək ki, qış mövsümündə soyuqdəymə və qrip kimi virus infeksiyaları geniş yayılır. Həkimlər xüsusilə risk qrupuna daxil olan uşaqların, yaşlıların və xroniki xəstəlikləri olanların qorunması üçün profilaktik tədbirlərə əməl etməyi tövsiyə edirlər.