Ermənistanda saxlanılan azərbaycanlı hərbçilərin yaxınları Avropa Məhkəməsinə müraciət ediblər.
“Yeni Gundem” xəbər verir ki, əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yollarını azaraq Ermənistan tərəfə keçən və orada saxlanılan Azərbaycan hərbçilərinin yaxınları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək onlardan Ermənistan hökumətinin hərbçilərin təhlükəsizliyini təmin etməyə və onlara tibbi yardım göstərilməsinə məcbur edilməsini tələb ediblər.