Dünyaca məşhur müğənni, pop ulduz Ledi Qaqa son fotosessiyası ilə gündəmi zəbt edib.
“Yeni Gündəm” xəbər verir ki, sənətçi nüfuzlu “Paper” jurnalının əsas qəhrəmanı olub.
Qaqanın 3 D formatında ərsəyə gələn fotoları dərginin üz qabığında əks olunub. Müəllifi belçikalı rəssam Frederik Heymandır.
“Chromatica” albomu üzərində çalışan sənətçi eyniadlı mahnının indiki obrazı kimi robotlardan bəhs etdiyini bildirib.
“Robot mövzulu çəkilişlərdə özümü insanlardan üstün görürəm. Əslində isə insan obrazında bir robotam”,- deyə Qaqa qeyd edib.