Ət idxalı ilə məşğul olan şirkət vəzifəli şəxslərin qanuni yazılı tələblərini yerinə yetirməyibbackend

“Polsan Anka” MMC-yə inzibati protokol yazılıb.

“Yeni Gundem”-in xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadıq Seyidovun icraatındadır.

Qeyd: Şirkət ölkəyə ət idxalı ilə məşğuldur.