Forumun məqsədi Türk Dövlətlərinin dərin elmi mədəniyyəti, tarix boyu etik prinsipləri və mənəvi dəyərlərə sadiqliyini vurğulamaqdır. Türk Dövlətlərinin dünyaya bəxş etdiyi elmi, sülh və birgə yaşamaq mədəniyyətini,ailə dəyərlərini dünyaya çatdırmaqdır. Tədbirdə Prezident Administrasiyasının siyasi təhlil və strateji araşdırmalar sektorunun müdiri Fuad Axundov, AR Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Mustafa Abbasbəyli, Kazaxstan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Alim Bayel , Özbəkistan Respublikasının Azərbaycan Respublikasındaı səfirin müşaviri, Türkiyə Səfirliyinin mədəniyyət müşaviri,AR Mili Məsclisin Dövlət quruculuğu inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov , ARMM Dövlət quruculuğu inzibati və hərbi qanunvericilik sektorunun müdiri Kəmalə Paşayeva,Millət vəkili və Türk dövlətlərinin autizm üzrə fəxri sədri Vüqar İsgəndərov, AR Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Polis Akademiyasının Dil hazırlığı kafedrasının rəisi Elçin Orucov,TÜRKPA baş katibin müavini Fuad Ələkbərov, TÜRKPA ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi Aynurə Abutalıbova, TİKA Bakı nümayəndəliyinin rəhbəri Hayrettin Özçelik, MÜSİAD Türkiyə və Azərbaycan idarə heyəti də iştirak etmişdilər. Türk dünyasın etik dəyərlər və əxlaq dəyərləri mözusunda fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Mayıl Yaqub fikirlərini səsləndirmişdir. Həmçinin çıxış edənlərin sırasında Qərbi Azərbaycan türklərinin də elmə və təhsilə verdiyi töhfələr “Vətəndaşların Sosial Rifahı Naminə” İB sədri İradə Riza-zadə tərəfndən vurğulanmışdır. Tədbirə Türkiyədən gələn MÜSİAD idarə heyəti “Türk Dövlətlərinin Etika Forumu”nun digər türk dövlətlərində keçiriliməsinin zəruruliyini bilidirdilər.
Tədbirin sonunda “Etika Akademiyası”nın direktoru Günel İbrahim 10 il müddətində mərkəzin göstərdiyi fəliyyətlər haqqında məlumat vermiş və cənab Prezident İlham Əliyevin Türk dövlətləri haqqında çıxışının nümayişi ilə rəsmi hissəni sonlandırmışdır. Tədbirin yüksək səviyydə keçirilməsi üçün dəstək olan “Azal Hava Yolları” aviaşirkəti , Akapella MMC, Azestetik Group və Microtech şirkətləri olmuşdur.
Forum milli musiqimizlə, tar ustası Mircavid Cəfərov,kamança Sultan Nadirov , nağarada isə Vüsal Bayramovun gözəl ifası ilə davam edərək və milli mətbəx ziyafəti ilə başa çatmışdır.