ETX “WhatsApp” hesabının təhlükəsizliyi ilə bağlı məlumat yaydıbackend

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETX) “WhatsApp” proqramında istifadəçi təhlükəsizliyi ilə bağlı məlumat paylaşıb.

Məlumatda istifadəçi hesabına (account) bağlı olan cihazların mütəmadi yoxlanılması tövsiyə olunur.

““WhatsApp” hesabınızın təhlükəsizliyini təmin etmək üçün hesabınıza bağlı olan cihazları mütəmadi olaraq yoxlayın. Əgər bu bölmədə şübhəli görünən və ya tanımadığınız cihaza rast gəlmisinizsə, həmin cihazdan çıxış edin”, – deyə bildirilir.