“Bahalı müğənni nədir? Gülməli səslənir. Ev, maşın bahalı olar, müğənni yox! Pulla alınan çox şey var. Hələ insan birinci özünə qiymət versin”.
“Yeni Gündəm” xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov “MTV”yə açıqlamasında bildirib. O, özünü şou- biznesdə bahalı müğənni adlandıranları qınayıb:
“Misal üçün deyim ki, mənim dəyərim yoxdur. Kim necə fikirləşirsə, özü bilər. Heç ucuz deyən yoxdur, hamı özünü bahalı adlandırır. Belə şeylərə normal baxmıram”.
Bundan əlavə, sənətçi “İstedadlı insanlarda nəsə çatışmır” açıqlamasına da aydınlıq gətirib: “Bunu hamı bilir, mütləq olaraq istedadlı şəxsdə nəsə çatışmır. Bunu mən deyəndə pis olur? Sözün düzünü demişəm. Daha özümə söz vermişəm, heç kəslə işim olmayacaq. Mən sadəcə musiqinin korlanmamağı üçün mübarizə aparıram”.