Bəzən insan öz evində özünü narahat hiss etməyə başlayır, tez-tez halsız olur, əhvalı səbəbsiz pozulur. Evdən çıxanda isə əksinə özünü daha yaxşı hiss edir.
Əgər siz də bu hallarla rastlaşmısınızsa, bu o deməkdir ki, evinizdə neqativ enerji çoxdur. Digər əlamətlər – evdə tez-tez mübahisələr yaranır, uşaqlar daha nadinc olur, özünü pis aparır, çox qışqırır və dalaşırlar, ev heyvanları özünü qeyri-adi aparmağa başlayır.
“Yeni Gündəm” saglamolun.az-a istinadən sizə evi mənfi enerjidən təmizləmək üçün 5 ən yaxşı üsul təqdim edir.
1. Evinizi əsaslı şəkildə təmizləyin, bütün səthləri nəm əski ilə silin, xalça, pərdə və çılçıraqları yuyun. Evin tez-tez və əsaslı şəkildə təmizlənməsi həm sağlamlıq üçün faydalıdır, həm də evi neqativ enerjidən azad edir.