Əvvəllər məhkum olmuş şəxsin maşınından marixuana və metamfetamin götürülübbackend

Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Xəlilovun idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılıb.

Bu barədə “Yeni Gundem” Daxili işlər nazirliyindən məlumat verilib.

Şəxsi axtarış zamanı sərnişini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ceyhun Məmmədovdan isə metamfetamin, heroin, tiryək və 6 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.