Əziz Ələkbərli “Aşıq Ələsgər 200” yubiley medalı ilə təltif edildi – FOTObackend

Bir neçə gün əvvəl Beynəlxalq Muğam Mərkəzində ustad Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş gecə keçirildi.

“Yeni Gündəm” xəbər veri ki, Millət vəkillərinin, tanınmış ziyalıların və incəsənət xadimlərinin iştirak etdiyi gecədə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi Azərbaycan aşıq poeziyasının və Dədə Ələsgər sənətinin tədqiqində, təbliğində, tanıdılmasında xüsusi xidməti olan bir qrup şəxs “Aşıq Ələsgər 200” yubiley medalı ilə təltif edildi.

Qeyd edək ki, ilk medal əslən Qərbi Azərbaycanın Vedi Mahalından olan, Millət Vəkili Əziz Ələkbərliyə təqdim olundu.

Əziz Ələkbərli çıxışında qeyd etdi ki, ilk medalın mənə təqdim olunması mənim üçün qürurvericidir və bu dəyərə görə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Dədə Ələsgər ocağının layiqli davamçısı Xətai Ələsgərə öz dərin təşəkkürümü bildirirəm.

Bütün təltif olunanları təbrik edirəm!