Öncə Sizin hər birinizə mənim kiçik fəaliyyətimə böyük qiymət verərək, diqqətlə izlədiyinizə və səmimi münasibətinizə görə təşəkkür edirəm. Allah hamınızdan razı olsun. Sizdən üzr istəyirəm bəzən Sizə vaxtında cavab yaza bilmədiyimə görə.
Bilirsiz ki, bir neçə gündən sonra, yəni 1 sentyabrda ölkəmizdə Milli Məclisə növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsindəyik. Məlumat üçün bildirim ki, hər seçki dairəsində təxminən 50 min civarında seçici var. Heç bir namizədin təbliğat və təşviqat kampaniyasında bütün seçicilərlə canlı olaraq görüşməyi mümkün deyil. Hətta deputatın 5 illik fəaliyyəti müddətində də bu 50 min civarında olan seçicilərlə canlı görüşü mümkün deyil. Lakin bugün yaşadığımız virtual əsrdə elm və texnologiyaların inkişafı bizə-namizədlərə qiymətli seçicilərlə müəyyən əlaqələri qurmağa imkan verir. Sözsüz ki, biz, hər bir deputat qazandığı mandata görə ona səs verən hər kəsə borcludur. Və hər bir deputat və onun köməkçisi seçiciləri üçün 7/24 əlçatan olmalıdır. Seçici öz problemi ilə bağlı səs verdiyi deputatla istənilən vaxt əlaqə yarada bilməlidir. Özümə borc bilirəm ki, bu fikirlərimi də Sizlərlə paylaşım. Amma bütün Azərbaycan xalqını birləşdirən dəyərlərdən ən önəmlisi Əziz Şəhid və Qazilərimizdir. Biz də gələcək nəsilıər də onlara borcluyuq. Xalqımıza, Millətimizə və hər birimizə şərəf gətirən, dünyada Azərbaycanı Qalib Xalq və Qalib Dövlət kimi tanıdan bu unudulmaz ailələrə borcluyuq və hər zaman da onların yanında olmağı özümüzə müqəddəs borc hesab etməliyik. Azərbaycanın müasir nəsli kimi xoşbəxtik ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı və Qəhraman Milli Ordumuzun qazandığı Möhtəşəm Zəfərin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunduğu tarixin iştirakçıları, müasirləri və şahidləriyik. Bir daha hər birinizə təşəkkür edirəm. Var olun.
Məlahət İbrahimqızı
Tarix elmlər üzrə fəlsəfə doktoru, VI çağırış Milli Məclisin deputatı