“Facebook”-da böyük xətabackend

“Facebook”-un “Android” ekosistemi üçün ən son yenilənməsi tətbiqdə çox ciddi problem yaradıb.

Trend-in məlumatına görə, yeniləmədəki səhv “Facebook” istifadəçilərinin profillərinə daxil olduqları bütün insanlara avtomatik olaraq dostluq sorğusu göndərməsinə səbəb olub. Mövzu ilə bağlı “Facebook”-dan açıqlama gəlib.

“Facebook”-un sözçüsü məlumat verib:

“Bəzi “Facebook” dostluq sorğularının səhv göndərilməsinə səbəb olan ən son proqram yeniləməsi ilə bağlı səhvi düzəltdik. Bunun səbəb ola biləcəyi narahatlığa görə üzr istəyirik”.