FAHRETTİN ALTUN: KÖKLÜ MEDİA QURUMLARIMIZQLOBAL VİCDANIN SÖZCÜLÜYÜNÜ ÖZ ÜZƏRİNƏ GÖTÜRÜRLƏRbackend

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Anadolu Agentliyində təşkil edilən “Müxbir: Rəqəmsal Dövrdə Jurnalistikanı Yenidən Düşünmək Forumu”ndakı çıxışında, “Əmin olun ki, bu gün bəzi dövlətlər Fələstini tanımağa qərar verirlərsə bu işdə, yaşanan soyqırım şəraitində öz peşə vəzifəsini yerinə yetirən jurnalistlərimizin, müxbirlərimizin də payı var.”, – deyib.

Yenilənmiş variantda nəşr olunan “Müxbir” kitabının illərin zəhmətinin məhsulu olduğunu xatırladan Fahrettin Altun, “Əslində illər əvvəl bu mühüm əsərin ortaya çıxmasında mənim də əməyim olmuşdu. Təbii ki o vaxtdan bəri bu kitab jurnalistika peşəsinin yeni ehtiyaclarına və çağırışlarına görə inkişaf etti və bu formanı aldı. “Müxbir” kitabı həm jurnalistika sahəsi həm də jurnalistika fakültələrinin tələbə və müəllim heyətinin gözləntilərini qarşılamağa yönəlmiş məlumat kitabıdır.”, – deyə bildirib.

Altun dünyada bir çox köklü media qurumlarının jurnalistikaya yatırdığı investisiyaları azaltmağa və sosial media mədəniyyətinə təslim olmağa başladığını vurğulayaraq “Bu kontekstdə bir çox Qərb köklü media qurumlarının böyük ölçüdə sosial medianı informasiya mənbəyi kimi qəbul etməyə başladığını və öz istiqamətlərini data jurnalistikası yerinə, məzmunu sürətlə dəyişən reklam lövhələrinə çevirdiyini görürük. Buna əmin olun ki bu, ölkəmizin köklü media qurumlarının müqavimət göstərdiyi və müqavimət göstərməyə çalışdığı bir prosesdir. Başda Anadolu Agentliyi və TRT olmaqla bu köklü media qurumları bir tərəfdən jurnalist peşəsinin xarakterik nümunələrini təqdim edir, digər tərəfdən də dünyada qlobal vicdanın sözcülüyünü öz üzərinə götürürlər.

Baxın, indiMüxbirkitabından danışırıq. Bu yaxınlarda biz İsrailin dünyanın gözü qarşısında törətdiyi Qəzza Soyqırımındanbəhs edənDəlil“, “Şahidkitablarının tanıtımını Dəlilsənədlifilminin premyerasını təqdim etdik. Əslində bunların hamısı, o cümlədənMüxbir“, “DəlilŞahidkitabları eyni həqiqət ədalət mübarizəsinin məhsuludur. Bu bir-birini tamamlayansəylərin, eyni peşəkar qayğıların mənəvi dəyərlərinməhsuludur.”, – deyə ifadə edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində İsrailin Qəzzadabaşlatdığı soyqırım əməliyyatının başlamasından bəri ikiistiqamətdə sıx səylər göstərildiyini xatırladan Altun, “Birincisi, İsrailin hücumlarının ən qısa zamanda dayandırılması bölgədəhumanitar böhrana son qoyulması üçün səy göstəririk. İkincisi isəİsrailin soyqırım müharibə cinayətlərinin sənədləşdirilməsi cəzalandırılması üçün beynəlxalq ictimaiyyəti hərəkətə keçirməyəçalışırıq.”, – vurgulayıb.

Bu iki səyin kəsişmə nöqtəsində həqiqətsevər türk mediasının çoxhəyati bir vəzifəni üzərinə götürdüyünü söyləməyi borc bildiyiniifadə edən Altun sözlərinə belə davam edib: “Qəzza başda olmaqlaregional qlobal böhran coğrafiyalarındakı jurnalistlərimiz, vəhşiliyin humanitar böhranın bütün ölçülərinin görünməsi üçünişlərini canları bahasına edirlər. Qəzzadakı jurnalistlərinyayımladığı hər mülki qətliam xəbəri vəhşilik görüntüsü ürəkləriparçalasa da, digər tərəfdən İsrailin hərbi cinayətlərini qeyd edir. Anadolu Ajansı, TRT digər nüfuzlu, köklü media qurumlarımızın bu xarakterli reportajları, jurnalistika peşəsinə şərəfgətirməklə yanaşı həm Türkiyənin diplomatik səylərini dəstəkləyir.

Əmin olun ki, əvvəllər Fələstini dövlət kimi tanımaqdan çəkinənbəzi dövlətlər bu gün Fələstini tanımağa qərar verirlərsə, bu işdəTürkiyənin diplomatik təşəbbüsləri ilə yanaşı, soyqırım zülmşəraitində öz peşə vəzifəsini yerinə yetirən jurnalistlərimizin, müxbirlərimizin payı var.

Məsələn, başqa bir qaynar münaqişə zonasına, Rusiya-Ukraynamüharibəsinə nəzər yetirək. Orada da oxşar mənzərənin yarandığınıgörə bilərik. Məlum olduğu kimi Türkiyə Rusiya-Ukraynamüharibəsi başlayandan bəri ən qısa zamanda ədalətli sülhünbərqərar olması üçün mübarizə aparır bunu da sahib olduğuədalətli yanaşma səbəbiylə hər iki döyüşən tərəfin nəzərindəqazandığı etimad sayəsində davam etdirməkdədir. Ölkəmizindiplomatik səyləri ədalətli yanaşmasının nəticəsi olaraq etimadelementinə çevrilməsi, Rusiya-Ukrayna müharibəsi zonasındaçalışan jurnalistlərimizin öz peşələrini yerinə yetirərək ədalətlixəbər axınının təmin olunmasına da zəmin yaradıb.

Köklü media qurumlarının jurnalistika sahəsində daha konstruktiv müsbət gündəmlərin təqibçisi hətta qurucusu ola bildiyiniifadə edən Kommunikasiya İdarəsinin rəhbəri, “Məsələn, bu günTürkiyə daha ədalətli bir dünya çağırışı ilə deyil eyni zamanda dahatəmiz ətraf mühit, yaşana bilən bir dünya çağırışı ilə qlobalarenada gündəmi müəyyən edən, proseslərə rəhbərlik edən bir ölkəmövqeyindədir.”, – deyə bildirib.

Altun jurnalistika peşəsində texniki texnoloji yeniliklərəbaxmayaraq bir qaydanın dəyişməz qaldığına inandığını ifadəedərək sözlərinə belə davam edib: “Jurnalistika, ilk növbədəhəqiqətin arxasınca getmək həqiqət uğrunda mübarizəaparmaqdır. Həqiqəti aşkar etmək həqiqətə çatmaqdır. Texnologiyanəyə nail olursa olsun, nəyi bacarırsa bacarsın insan ola bilməz. Daha yaxşı xəbərlər etmək üçün rəqəmsal texnologiyalarınimkanlarından daha çox istifadə edəcəyik. Ancaq daha yaxşıxəbərlərlə daha çox insanı cəsarətli dürüst olmağa təşviqedəcəyik“.