ARB TV-nin “Söz baz” verilişinin növbəti müsahibi Xalq artisti Faiq Ağayev olub.
Faiq Ağayev ailə həyatı qurmamasından danışıb:
“Elə sevgi var ki, səni dəli edir, ailə bir kənara, özünü yaddan çıxarırsan. Bu sənətdə olmasaydım, o zaman ailə məsələsi tez aktuallaşacaqdı. Mənim hayım gedib, vayım qalıb. 50 yaşından sonra nə evlilik?!”