Xalq artisti Faiq Ağayev həmkarı Röya Ayxanla barışıb.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə o, “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.
Sənətçi Röya ilə münasibətlərinin bir müddət əvvəl normallaşdığını qeyd edib: “Barışıq üçün il, ay və saat gözləmək düzgün deyil. Kimdən sevgi cücərtisi, barışıq istəyi görürsənsə, şərt lazım deyil. Görüşüb barışırsan. Bizim aramızda buzlar olmayıb. Kiçik anlaşılmazlıq olub. Röya instaqramda mahnımı paylaşmışdı. Həmin gün Azad Şabanovun toyunda görüşdük, onu fəxri ad almağı münasibəti ilə təbrik etmişəm. Biz çoxdan barışmışıq, sadəcə medianın xəbəri yoxdur”.
Xatırladaq ki, qalmaqala səbəb Faiq Ağayevin Azərbaycandakı konsertlərdən real gəlir və izləyici yığan müğənnilər sırasında Röyanın adını çəkməməsi olmuşdu. Faiq ona sərt cavab verən Röyanı instaqramda “blok”a atmışdı.