FAKTİKİ HAVAbackend

Noyabrın 24-ü səhər saatlarına olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi şərq rayonlarında yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağış Quba, Qusar, Şəki, Xaçmaz, Şabran, Şahdağ, Xaltanda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Quba, Qusar, Xaltan, Qrızda duman müşahidə olunub. Şimal-qərb küləyi arabir Tərtərdə 22 m/s, Şahdağ, Mingəçevir, Balakəndə 20 m/s, Bərdə 19 m/s, Şəki, Sabirabad, Ağdam, Naftalanda 18 m/s, Lerik, Gədəbəydə 16 m/s, Yevlaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 26 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.