Xalq artisti Fatma Mahmudova iki dəfə ağır əməliyyat keçirib.
“Yeni Gundem” xəbər verir ki, buna səbəb aktrisanın ayağının sınması olub.
O, “Zaurla Günaydın” proqramında deyib ki, səhhətindəki nasazlıq bir ildir davam edir:
“Ayağım ötən il sınmışdı, ağır əməliyyat keçirmişdim. Amma heç kəsə demirdim. İkinci dəfə Ankarada əməliyyat olundum.
3-4 gün sonra “Bankir adaxlı” tamaşasında oynadım. Heç vaxt özümü yatağa vurmadım, seriala çəkildim. İnsanıq, yıxıldıq. Qəza da olmuşdu. “Maşın”da da ayağım çox şişmişdi. Dözdüm…Mən dözümlü insanam”.