Fatma Yıldırım Ağdamla bağlı paylaşım etdibackend

Noyabrın 20-də Ağdam rayonunun işğaldan azad edilməsinin dörd ili tamam olur. Bu tarix, həm də “Ağdam Şəhəri Günü” kimi qeyd edilir.
Azərbaycan 44 günlük Vətən müharibəsini həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi qan tökülmədən Azərbaycana təhvil verilib.
Cənab Prezidentimiz İlham Əliyev Qarabağın cənnətə çevriləcəyini bəyan edib. Bu, həqiqətən də belədir. Azərbaycan xalqı hələ 28 may 2021-ci ildə Ağdam şəhərinin Baş planının təqdimatı zamanı buna bir daha əmin oldu. Cənab Prezident qeyd etdi ki, Ağdam şəhəri dünya üçün nümunə olacaq.
Ağdamda “İşğal” və “Zəfər” muzeylərinin yaradılması da yaşadığımız reallıqların gələcək nəsillərə, eləcə də, beynəlxalq ictimaiyyətə çatdırılması baxımından önəmlidir.

Fatma Yıldırım

Milli Məclisin deputatı