Fatma Yıldırım:Akademik Zərifə xanım Əliyevanın ömür yolu parlaq səhifələrlə zəngindirbackend

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda keçirilən respublika elmi-praktik konfransında iştirak etdim.

“Yeni Gundem” xəbər verir ki, deputat çıxış edərək qeyd etdib ki, akademik Zərifə xanım Əliyevanın ömür yolu parlaq səhifələrlə zəngindir. Zərifə xanımın simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Azərbaycan tibb elmində silinməz iz qoymuş və insanların gözlərinə nur bəxş edən Zərifə xanım insan sağlamlığının qorunması üçün hər zaman fədakarlıq göstərmişdir. Zərifə xanım çalışdığı sahə üzrə elmi-tədqiqat labaratoriyaları yaratmış və burada apardığı araşdırmalar nəticəsində görmə orqanına ziyanlı təsirləri öyrənərək tibb elmində mühüm yeniliklərə imza atmışdır. Bildirdim ki, bugün ziyanlı təsirlər dedikdə ətraf mühitin, ekologiyamızın çirklənməsinin sürətlə artmasını və onun insan sağlamlığına təsirlərini mərhum Zərifə xanımın qeyd etdiyi kimi nəzərə almalıyıq. Müasir dövrdə insanların, bütün canlıların sağlamlığından söz düşərkən yaşıl dünyanın, təmiz ekologiyanın və ətraf mühitin önəmi göz önünə gəlir. Bu baxımdan keçirilən konfransın Zərifə xanımın anadan olmasının 101-ci ildönümünə həsr olunmasını tamamilə düzgün və məntiqli hesab edirəm.