Fatma Yıldırım Ermənistan hərbi birləşmələri tərəfindən Bərdənin raket hücumuna məruz qalmasının dördüncü ildönümündə mülki şəhidlərimizi yad etdibackend

Əziz həmvətənlər!
Vətən müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən raket hücumuna məruz qalmasının dördüncü ildönümündə mülki şəhidlərimizi yad etdik.

Bərdə şəhəri və onun kəndlərinə erməni silahlı qüvvələrinin raket hücumları nəticəsində 28 dinc insan şəhid oldu, 108 nəfər insan yaralandı. Ancaq belə qanlı əməllər Bərdə əhalisini qətiyyən qorxutmadı. Tarixən qəhrəmanlar yurdu olan Bərdənin sakinləri bu dəfə də düşmənin qarşısında mərdliklə dayandılar.
Təsəllimiz isə odur ki, şəhidlərimizin qisası alındı. Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı düşmən işğalından azad edib və ölkəmizin ərazi bütövlüyü tamamilə bərpa olunub. Bugün terrorun təşkil olunmasına əmr vermiş cinayətkarlar əməllərinə görə cavab verirlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!