Fatma Yıldırım:Qarabağda yaradılan yaşıl enerji zonası ekologiyanı mənfi təsirlərdən qorunmasına yardım edəcəkbackend

Qarabağda yaradılan yaşıl enerji zonası ekologiyanı mənfi təsirlərdən qorunmasına yardım edəcək. Bunu Milli Məclisin deputatı Fatma Yıldırım COP29 beynəxalq konfransı zamanı çıxışında bildirib.

“İşğaldan azad olunmuş ərazilərinin bərpasına “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmalarının tətbiqi daxildir, eləcə də “yaşıl enerji zonası”nın yaradılması ekologiyaya mənfi təsirlərin azaldılması təşəbbüslərinə birbaşa yardım edəcək”,- o bildirib.

Deputat vurğulayıb ki, Qarabağda dağıdılan ərazilər müasir texnologiyaların hesabına bərpa edilir və bunun nümunəsi olaraq Ağalı kəndini göstərmək olar.

Fatma Yıldırım Azərbaycanın yaşıl iqtisadiyyata keçid edən ölkə kimi gördüyü layihələri uğurlu qiymətləndirib.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günü keçirilir.