Fatma Yıldırım qəbul keçirdi – FOTObackend

Milli Məclisin deputatı Fatma Yıldırım qəbul keçirdi.

“Yeni Gundem” xəbər verir ki, deputat fevralın 15-də Bərdə rayonu Şatırlı və Kürdborakı kəndlərində seçicilərin növbəti qəbulunu keçirib.

Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri və aidiyyəti üzrə idarə rəhbərləri də qəbulda iştirak etmişdir.

Növbəti vətəndaş qəbulumuz fevralın 22-də Bərdə rayonunda keçiriləcək və işin effektivliyini artırmaq məqsədilə vətəndaşların qəbula öncədən yazılması xahiş olunur. Vətəndaş qəbulunda iştirak etmək istəyən seçicilər Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında yerləşən ofisimizə müraciət edə və ya 0554208040, 0202050095 nömrələri ilə əlaqə saxlaya bilərlər.