Fatma Yıldırım seçicilərlə görüşdü – FOTObackend

Milli Məclisin deputatı Fatma Yıldırım seçicilərlə görüşdü.

“Yeni Gundem” xəbər verir ki, deputat Bərdə şəhərində növbəti qəbulunu keçirdi.Qəbulda 53 nəfər Bərdə sakini iştirak etmişdir və onların çoxsaylı müraciətləri dinlənilmişdir. Müraciətlər əsasən təhsil, səhiyyə, içməli su, yol infrastrukturunun yaxşılaşdırılması, kommunal məsələlər, işsizlik və özünüməşğulluq, sosial müdafiə məsələləri, torpaq məsələlərini əhatə edirdi. Sakinlərin problemləri diqqətlə dinlənildi və qeydə alındı. Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri və aidiyyəti üzrə idarə rəhbərləri də qəbulda iştirak etmişdir. Bəzi məsələlər yerində həll olundu.
Növbəti vətəndaş qəbulumuz noyabrın 27-də Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında keçiriləcək və işin effektivliyini artırmaq məqsədilə vətəndaşların qəbula öncədən yazılması xahiş olunur. Vətəndaş qəbulunda iştirak etmək istəyən seçicilər Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında yerləşən ofisimizə müraciət edə və ya 0554208040, 0202050095 nömrələri ilə əlaqə saxlaya bilərlər.