Fatma Yıldırım şəhid ailəsini ziyarət etdi – FOTObackend

Milli Məclisin deputatı Fatma Yıldırım şəhid ailəsini ziyarət etdi.

”Yeni Gundem” xəbər verir ki, deputat Bərdə rayonuna son səfəri zamanı mülki şəhid Abbasov Ruslan Məhəmməd oğlunun dördüncü ildönümü münasibətilə ailəsini ziyarət etdi və şəhid ailəsinin yaşayışı ilə tanış oldu.

Ruslan Abbasov Vətən Müharibəsi zamanı erməni silahlı qüvvələrinin 2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə hücumu zamanı şəhid olub.
Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti hər zaman şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı ilə yanaşır. Bu gün şəhidlərimizin ruhları şaddır. Çünki torpaqlarımız azaddır, ölkəmiz müstəqildir, üçrəngli şanlı bayrağımız zirvələrdədir.
Allah şəhidlərimizə rəhmət eləsin!

#QarabağAzərbaycandır