Milli Məclisin deputatı Fatma Yıldırım dekabrın 5-də Türkiyənin Azərbaycandakı səfirliyi və Dünya Türk İş Konseyi tərəfindən təşkil edilən tədbirdə iştirak edib.
Deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Deputat paylaşımında qeyd edib ki, tədbirdə qeyd olundu ki, Azərbaycanla Türkiyə arasında dünyada bənzəri olmayan qardaşlığın şahidi oluruq. Bir yerdə addımlayan qardaş ölkələrimiz qarşıdakı yeni hədəflərə doğru inamla irəliləyirlər. Azərbaycanla Türkiyənin birlik və bərabərliyi önümüzdəki illərdə də xalqlarımıza böyük uğurlar gətirəcək. Bildirildi ki, ölkə başçıları cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğan arasında olan dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasındakı əlaqələrə böyük töhfələr verir.