Fədayə Laçın Azərbaycana buraxılmır? – Özü açıqladıbackend

Uzun müddətdir Rusiyada yaşayan müğənni Fədayə Laçının Azərbaycana gəlməsinə icazə verilmədiyi iddia olunub.

“Yeni Gundem” xəbər verir ki, o, “Səhər mərkəzi” verilişinə telefonla zəng edərək bu haqda danışıb. Moskvada yaşayan və fəliyyət göstərən Fədayə bildirib ki, ölkəyə gələ bilməməsinin səbəbi toylarının çox olmasıdır:

“Efirə çox dəvət alıram. İşlərim toylarla əlaqəli olduğu üçün ürəyim hər dəfə istəyəndə Vətənə gələ bilmirəm. Gələndə də üç–beş gün olur. Bu müddətdə isə çatdırıb verilişlərə gedə bilmirəm. İstəyirəm Vətənə elə gəlim ki, biraz çox qalıb, efirə çıxa bilim. Heç bir küskünlüyüm, incikliyim qətiyyən yoxdur.

İzləyicilər elə düşünürlər ki, Azərbaycana gəlməyimə icazə vermirlər, qoymurlar. Amma bu, əsla belə deyil. Əgər elə bir şey olsa, heç efirə belə qoşula bilmərəm. Yəni belə bir şeylər yoxdur. Vətənimdən və hər kəsdən çox razıyam”.

Qeyd edək ki, F.Laçın həbs edilib və 2019-cu ilin oktyabrında azadlığa çıxıb. O, azadlığa çıxdıqdan sonra Rusiyaya köçüb, oğlu ilə orada yaşayır.